Bismilləhir-Rahmənir-Rahim
1438 hicri- qəməri ili, cumadəs-saniyə ayının 13-ü Həzrət Ummul-bəninin (əleyhasalam) vəfatının il dönümüdür.
Həzrət Əmirəl-möminin Əli əleyhissəlamın övladlarına rəşadət və şücaət dərsi verən o cəlalətli və şərafətli xanımın vəfat gününü bütün Əhli-Beyt (əleyhimussəlam) sevərlərinə və Kərbəla şəhidlərinin xatirəsini yaşadan mömin bacı-qardaşlarımıza təsəlli və başsağlığı deyirik.
Ummul-Bənin (salamullah əleyha) haqqında qısa məlumat:
Ummul-Bənin adı ilə məşhur olan Həzrət Fatimə binti Hizzam (əleyhasalam), Həzrət Əmirəl-müminin Əli ibn Əbi Talibin (əleyhissəlam) həyat yoldaşı, Peyğəmbər (sallallahu əleyhi və alih) və Əhli-beyt (əleyhimussəlam) tərəfdarları olan şiələr arasında böyük hörmət qazanmış şəxslərdən biridir. O, Aşura günü Kərbəlada üç qardaşı ilə birlikdə şəhid olan Həzrət Əbul-Fəzl Abbasın (əleyhissəlam) anasıdır. Bu mərəkədə şəhid olmuş digər üç qardaşın adları tərtiblə, Abdullah, Cəfər və Osmandır (Allah məqamlarını daha da uca etsin).
Kərbəla hadisəsi baş verəndən sonra Həzrət Ummul-Bənin (əleyhasalam) İmam Hüsəyn (əleyhissəlam) və övladları üçün elə tərzdə matəm saxlayırdı ki, hətta Əhli-Beyt (əəleyhimussəlam) düşmənləri belə onunla həm səda olurdular.Ummul-Bənin (salamullah əleyha) haqqında qısa məlumat:
Ummul-Bənin adı ilə məşhur olan Həzrət Fatimə binti Hizzam (əleyhasalam), Həzrət Əmirəl-müminin Əli ibn Əbi Talibin (əleyhissəlam) həyat yoldaşı, Peyğəmbər (sallallahu əleyhi və alih) və Əhli-beyt (əleyhimussəlam) tərəfdarları olan şiələr arasında böyük hörmət qazanmış şəxslərdən biridir. O, Aşura günü Kərbəlada üç qardaşı ilə birlikdə şəhid olan Həzrət Əbul-Fəzl Abbasın (əleyhissəlam) anasıdır. Bu mərəkədə şəhid olmuş digər üç qardaşın adları tərtiblə, Abdullah, Cəfər və Osmandır (Allah məqamlarını daha da uca etsin).
Kərbəla hadisəsi baş verəndən sonra Həzrət Ummul-Bənin (əleyhasalam) İmam Hüsəyn (əleyhissəlam) və övladları üçün elə tərzdə matəm saxlayırdı ki, hətta Əhli-Beyt (əəleyhimussəlam) düşmənləri belə onunla həm səda olurdular.Nəsəb və vəfatı:
Həzrət Ummul-Bəninin (əleyhasalam) atası Əbul-Məcl Hizzam ibn Bəni-Kəlab”dır (1). Anası isə Leyla və ya Təmamə bint Suheyl ibn Amir ibn Malikdir (2).
Xanımın vəfatı barədə dəqiq tarıx qeyd edilməyib. Amma məşhur budur ki, 13 Cumadəs-saniyə ayı vəfatının il dönümü günüdür. Müqəddəs qəbri Mədinə şəhəri, Bəqi qəbiristanlığındadır.İslamın böyük şəxsiyyətlərinin Həzrət Ummul-Bəninin (əlehasalam) barədə kəlamlarından:
Mərhum Zəynuddin Amili (Şəhid sani) xanım barədə deyir:
“Həzrət Ummul-Bənin (əleyhasalam) olduqca mərifətli və fəzilətli bir qadın, Peyğəmbər ailəsinə nisbət (sallallahu əleyhi və alih) olduqca məhəbbətli, ixlaslı və şiddətlı bağlılığa malik idi. Özünü onlara xidmət üçün həsr etmişdir. Peyğəmbər ailəsi də (əleyhimussəlam) ona yüksək mənzilət qail və xüsusi ehtiram edirdilər. Bayram günlərində xanıma ehtiram olaraq hüzuruna gəlib ona qayğıkeşlik edirdilər (3)”.
Ümid edirik Əhli-Beyt (əleyhimussəlam) aşiqləri bu yüksək məqam və şərafətə malik olan Xanıma ehtiramən, onun vəfat günündə öz qəm-qüssələrini Həzrət İmam Zaman Əleyhissəlama bildirərək o Həzrətin diqqət və nəzərini özlərinə cəlb etmiş olalar. İnşaallah!Mənbə:
1- Təbəri, “Tarix”, c. 4, s. 118.
2- İbn Ənbəh, “Umdətut-talib”, s. 356.
3-“ Setareye derəxşane Mədinə, Həzrəte Ummul-Bənin (əleyhasalam)”, səh. 7.KƏRBƏLANI MƏDİNƏDƏ YAŞADAN XANIM – HƏZRƏT ÜMMÜL BƏNİN (əs)Adı Fatimə idi amma Ümmül Bənin deyə səslərdi onu mövla! Ey oğlanlar anası! Baxmayaraq sən Hüseynin (ə) qəm-qüssəsini azaltmaq və qəminə şərik olmaq üçün Kərbəlada ola bilmədin amma Mədinədə qalaraq, yeni cücərməkdə olan Aşuraya ağacını göz yaşlarınla sulayaraq onu canlandırıb, damarına qan axıdıb bu uca dəyəri yaşatdın.
Ey Beytul Əhzanın (Hüzn evinin) çırağı, sən ey başıuca xanım! Zəhranın (əs) və Hüseynin (ə) şəfaəti sənin bütün aşiqlərinə də çatacağına ümid edirik. Başın uca oldu xanım Zəhra (əs) yanında xoş halına, ey igidlər anası!
Ey dörd oğlu olan məqtuli Aşura
Ey rövzəxanlıq edən matəmi tasua
Harda səni görsəydi Zeynəbi Kübra
Deyərdi ey vay gəlmədi həzrəti Səqqa
Ümmül Bənin (əs)! O igidlər anası, baxmayaraq Kərbəlada olmadı lakin qəlbi əbədi olaraq Kərbəlada, gözü isə üfüqlərdə qaldı ki, görəsən “eşq karvanı” qayıdacaq yoxsa yox? Həzrət Ümmül Bənin həmin anadır ki, “fərat” kənarında qəlbi, şücaət və gözəllikdə bənzəri olmayan oğlunun matəmində yandı.
Ümmül Bənin (oğlanlar anası) kimi tanına Fatimə binti Hizam (əs) İmam Əlinin (ə) həyat yoldaşı və şiələrin yanında möhtərəm bir xanım kimi tanınır. Onun Həzrət Abbas (ə), Abdullah, Cəfər və Osman adında dörd oğlu Aşura günü İmam Hüseynin (ə) yanında şəhid oldular. Bu dörd oğlu olduğu üçün ona Ümmül Bənin (oğlanlar anası) kimi məşhur oldu.
Kərbala hadisəsindən sonra Ümmül Bənin İmam Hüseyn (ə) və övladları üçün elə əza saxladı ki, hətta Əhli-Beyt (ə) düşmənləri də o həzrətin halına ağlayırdı. Həzrət Ümmül Bəninin məzarı Mədinə şəhərində olan məşhur Bəqi qəbristanlığında yerləşir.
ÜMMÜL BƏNİN (əs) KİMİN NƏSLİNDƏNDİR?
Ümmül bəninin atası Hizam ibn Xalid, Bəni Kəlab qəbiləsindən1, anası isə Leyla ya Səmamə, Səhl ibn Amir ibn Malikin qızıdır.2
XANIMIN İMAM ƏLİ (Ə) İLƏ EVLƏNMƏSİ
Xanım Fatimeyi Zəhranın (əs) şəhadətindən sonra İmam Əli (ə) qardaşı Əqil ilə məsləhətləşərək igid və cəngavərlər dünyaya gətirə biləcək bir xanım haqqında sorağlaşdı. Əqilin təklifindən sonra Həzrət Əli (ə) xanım Fatimə binti Hizam ilə evləndi.3 Bu izdivacın tarixi haqqında da dəqiq məlumat yoxdur. Hətta xanım Zəhradan (əs) sonra ikinci yoxsa üçüncü xanım olduğu haqda dəqiq məlumat əlimizə gəlib çatmamışdır.4 Xanım Ümmül Bənin (əs) Həzrət Əlidən (ə) sonra heç kəslə evlənməmişdir.
Rəvayət olunur ki, İmam Əli (ə) xanım Fatimə binti Xizam (əs) ilə evləndikdən bir müddət sonra xanım, həzrət Əliyə (ə) təklif edərək dedi ki, bundan sonra onu İmam Həsən (ə) və İmam Hüseynin (ə) yanında əsas adı olan Fatimə deyə çağırmasın ki, bu adı uşaqlar eşidəndə anaları yadına düşür. Bundan sonra İmam Əli (ə) xanımı Ümmül Bənin (oğlanlar anası) adlandırdı.5
ÜMMÜL BƏNİN (əs) KƏRBƏLA HADİSƏSİNDƏN SONRA
Ümmül bənin Kərbəlada iştirak etmədi. Kərbəla əsirləri Mədinə şəhərinə daxil olanda bir nəfər övladlarının şəhadət xəbərini o xanıma çatdırdı. Lakin xanım İmam Hüseynin (ə) haqqında ilk olaraq soruşdu. Ümmül Bənin dörd oğlu və İmam Hüseynin (ə) şəhadət xəbərini eşidəndə belə dedi: “ey kaş övladlarım və yer üzündə olan hər bir şey Hüseynə (ə) fəda olardı amma Hüseyn (ə) sağ qalardı.”6
ÜMMÜL BƏNİNİN (əs) ÖVLADLARINA MATƏM SAXLAMASI
Övladları şəhid olduqdan sonra xanım Ümmül Bənin (əs) hər gün nəvəsi Übeydullah (Həzrət Abbasın (ə) oğlu) ilə birlikdə Bəqi qəbristanlığına gedib, orada öz yazdığı qəmli şeirlərini oxuyar və ağlayırdı. Mədinə sakinləri onun ətrafına toplaşar, onunla birlikdə ağlayardı. Hətta deyilənlərə görə Mədinənin hakimi Mərvan ibn Həkəm də onlara qoşulardı.7
ÜMMÜL BƏNİNİN (əs) VƏFATI
Ümmül Bəninin vəfatı ilə bağlı əlimizdə dəqiq məlumat olmasa da ən çox qəbul olunan nəzər budur ki, o xanım hicrətin 64-cü ili Cəmadiüs Sani ayının 13-də vəfat etmiş və Bəqi qəbristanlığında dəfn olunmuşdur.8 Bəzi tarixçilər isə o xanımın vəfat tarixini elə həmin ilin Cəmadiüs Sani ayının 18-də qeyd etmişdir.
Əziz və dəyərli izləyicilərimiz! Xanım Ümmül Bəninin (əs) qəmli vəfatı münasibətilə öndə İmam Zamanı (əc) və həzrət Ayətullah Xamenei ağamıza, sonra siz əzizlərə başsağlığı verir hamınıza Qiyamət günü o həzrətin şəfaətini diləyirik.1 Ümdətüt T
alib, səh 356.
2 Xəsaisul Abasiyyə, səh 63.
3 Ümdətüt Talib, səh 357
4 Səqqaye Kərbəla, səh 83.
5 Çohreye derəxşane Qəmər Bəni Haşem, c 1, səh 69
6 Rəyahinuş Şəriət, c 3, səh 293.
7 Məqatilut Talibin, səh 85
8 Çohreye derəxşane Qəmər Bəni Haşem, c 2, səh 76.Həzrəti Əbəlfəzl Abbasın (ə) anası Xanım Ümmül-Bəninin vəfat günüdür
Bu gün hicri təqvimi ilə cəmadiul-axir ayının 13-cü “Ümmül-Bənin” kimi tanınan imanlı, fəzilətli xanım Fatimə binti Hizamın vəfatı günüdür.
Ümmül-Bənin sözünün mənası “uşaqların, övladların anası” deməkdir. Həzrət Əli (ə) Xanım Fatimənin (s.ə) şəhadətindən sonra bir müdət matəm saxlayaraq evlənmir. Lakin sonra qardaşı Əqilin məsləhəti və uşaqlarının kiçik olmasına görə evlənmək qərarına gəlir. Qardaşı Əqilə buyurur:
“Mənim üçün elə bir qadın maraqlan ki, onun nəslinin kişiləri ərəbin ən şücaətlisi olsun. Mən onunla evləndikdə mənim üçün şücaətli oğullar dünyaya gətirsin!”
Qardaşı Əqil Hizam Əl-Kullabiyyənin qızı ilə evlən! Onun ata-babası ərəbin ən şücaətlisidir deyə buyurur. Beləcə İmam Əli (ə) Xanım Zəhranın (s.ə) şəhadətindən sonra Fatimə binti Hizamla evlənir.
Ümmül-Bəni (r) Həzrət Əliyə (ə) 4 şücaətli oğul bəxş edir ki, onların ən böyüyü Həzrət Əbəlfəzl Abbasdır (ə). Digər oğulları isə Abdullah, Cəfər və Osmandır ki, bu dörd igid oğulun dördü də Kərbəlada canlarının İmam Hüseynə fəda etdilər.
Bəzi rəvayətlərə görə, Fatimə binti Hizam özü İmam Əlidən ona Ümmül-Bənin deməyini istəmişdi. Bunu istədi ki, Həsənlə Hüseyn Fatimə adını eşidəndə anaları həzrət Fatimənin acı günlərini xatırlayıb, narahat olmasınlar.
Fatimə binti Hizam çox nəcib, imanlı bir xanım olub. Həzrəti Zəhranın (s.ə) vəfatından sonra İmam Həsən, İmam Hüseynə və Xanım Zeynəbə əsl ana kimi baxmış, özünü və övladlarını Zəhra (s.ə) balaları yolunda fəda etmişdi.
Fəzilət, iman, səbr və böyük əxlaq və mərifət sahibi olan Fatimə binti Hizam (Ümmül-Bənin) Həzrət Əlinin (ə) şəhadətindən sonra uzun müddət yaşamış, heç kəslə evlənməmiş, körpəliyində olduğu kimi Kərbəla faciəsindən sonra da Xanım Zeynəbə arxa, dayaq, ana olmuşdur.
Bu fəzilətli Xanım hicrətin 64-ci ilində cəmadiul-axir ayının 13-də dünyadan köçmüşdür. Mübarək qəbir-şərifi hazırda Mədinədə Bəqi qəbristanlığındadı